Kompüter üzərində IELTS imtahanının müsbət və mənfi cəhətləri

IELTS imtahanı bu yaxınlarda yeni qayda ilə kompüterlə də keçirilə bilər. IELTS hazırlığı zamanı hazırlaşanlar bu amilə də önəm verməlidir. IELTS hazırlığı kursları da bu amillərə önəm verməlidir.
Kompüterlə IELTS imtahı verməyin müsbət və mənfi cəhətləri var. IELTS hazırlığı zamanı çəkdiyiniz əziyyətlər boşa getməsin deyə komputeri seçib seçməməyə yaxşı düşünüb qərar verməyiniz sizin üçün yaxşı olar.

Müsbət tərəfləri :
* Klaviaturada yaxşı yazmaq qabiliyyətiniz varsa, cavabları daha sürətlə yazacaqsınız

* Oxu bölməsindəki mətnləri daha rahat oxumaq üçün böyük ekranın təchizatı

* İmtahan zalında az sayda namizədin olması ( hazırda bu üsulla imtahan verənlərin sayı azdır )

* İmtahan nəticələrinin qısa zamanda açıqlanması ( hər bir namizədin nəticəsi 5 gündən sonra açıqlanır)



Mənfi tərəfləri:

* Əgər klaviaturada cəld yaza bilmirsinizsə, vaxt itirə bilərsiniz. (Yaxşı olar ki, ənənəvi üsula üstünlük verəsiniz)

* Elan edilmiş saniyədə ekran bağlanır və sizin son dəqiqədə hər hansı sual üzərində dəyişiklik etmək şansınız olmur

* Son 1 dəqiqə ərzində saniyə ölçən görünmür və bununla da ekranın nə zaman bağlanacağından xəbərsiz olursunuz


Əziz oxucu bu yazı sizə faydalı oldusa oxuduqdan sonra dostlarınızın da faydalanması üçün paylaşmağı unutmayın.
Müəllif - Orxan Salmanov
Made on
Tilda