İlkin Həsənov

Direktor, təlimçi-müəllim
İlkin Bakı Dövlət Universitetinin Tarix fakültəsinin həm bakalavr, həm də magistr dərəcəsinə yiyələnmişdir. Pedaqoji fəaliyyətə 2011-ci ildən başlamış, ayrı-ayrı vaxtlarda orta məktəb və universitetdə müəllim kimi çalışması təhsilin müxtəlif pillə və səviyyələri haqqında geniş məlumata malik olmasına səbəb olmuşdur. 2014-cü ildən təhsildə beynəlxalq təcrübəni araşdırır, kurikulum, planlaşma, təlim nəticələri, qiymətləndirmə, Blum taksonomiyası, effektiv sual-cavab, sinfin idarəedilməsi və s. bu kimi istiqamətlərdə təlimlər hazırlamış və müəllimlərə keçmişdir. 2016-cı ildə Kembric Universiteti və Beynəlxalq Məktəblərin Avropa Birliyi tərəfindən təşkil olunmuş Beynəlxalq Müəllim Sertifikatı proqramını uğurla bitirmişdir. 2014-2019-cu illərdə Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktor müavini çalışmış, 2016 və 2017-ci illərdə AMİM tərəfindən həyata keçirilən Təhsil Nazirliyinin "Ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili" ilə bağlı elan etdiyi tenderlərin proqram meneceri olmuşdur. 2019-cu ilin əvvəlindən Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin direktorudur. "Sabahın müəllimləri" və "Gələcək üçün oxu" layihələrinin müəllifidir.


Made on
Tilda